Xarici mətbuat Türkiyədən nə yazır?

Keçən həftə Türkiyə ilə bağlı xarici mətbuatda əks olunan xəbərlər

289776
Xarici mətbuat Türkiyədən nə yazır?

  İngiltərənin “Reuters” xəbər agentliyi "Obama Ərdoğanla telefonla danışıb” başlıqlı məqalədə yazır:
  “Ağ Evdən edilən şərhə görə, ABŞ prezidenti Barak Obama Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək Yəməndəki böhran və Orta Şərqdə təcili həllini gözləyən məsələlərdən danışıb. Eyni zamanda, DAEŞ-ə qarşı mübarizədə iş birliyi və İraqla Suriyada sabitlik və təhlükəsizlik yaradılmasıyla bağlı ortaq səylər müzakirə edilib.”

  İtaliyanın “ANSAmed” xəbər agentliyi “Səbr sonsuz deyil” başlıqlı məqalədə Türkiyənin Avropa İttifaqı üzrə nazir və baş müşaviri Volkan Bozkırın Roma səfərində söylədiyi sözlərə diqqət çəkir.
Romada Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən təşkil edilən tədbirdə çıxış edən Bozkır Ankaranın Avropa İttifaqına üzvlük hekayəsinin uzun bir tarixi olduğunu, 50 ildir Türkiyənin bunu sınadığını xatırladıb, “Ankara indiyə qədər səbirli və xoş niyyətli olub. Əgər Brüssel xeyr desə, itirən özü olacaq" deyib.
  Nazir “bir çox problemin həll edildiyini, Türkiyənin öz payına düşəni yoluna qoyduğunu, ancaq İttifaqa doğru gedən yolun hələ yoxuş olduğunu” söyləyib”.

  Danimarkanın “Nude” qəzeti “Avropanın ən böyük sinaqoqu” məqaləsində yazır:
“Böyük Ədirnə Sinaqoqunun açılışına gələn baş nazir müavini Bülent Arınç burada çıxış edərək deyib: “Türkiyə-İsrail əlaqələrində problemlərin olub-olmamasına baxmayaraq Türkiyə yerli yəhudiləri Türkiyənin ayrılmaz parçası hesab edir. Bu səbəbdən AKP Ədirnə Sinaqoqunun yenidən canlanmasına kömək olduğu üçün qürur duyur.”
  Üstəlik Bülent Arınç dünyanın ayrı-ayrı yerlərində yaşayan yəhudiləri də Türkiyəyə dəvət edərək deyib: “Əgər Türkiyədə yaşamaq istəsəniz, 78 milyon sizə qucaq açmağa hazırdır.” Bülent Arınçın bu sözləri AKP hökumətinin bu fikrə dair böyük bir layihəsinin olduğunu əks etdirir.”
Xatırladaq ki, tarixi mənbələrə görə, Böyük Ədirnə Sinaqoqu Avropanın ən böyük, dünyanın isə sayılan-seçilən sinaqoqlarından biridir.”

  ABŞ-ın “Defense News” qəzeti “Türk firması tank mühərriki istehsal edəcək” məqaləsində yazır:
“Motor istehsal edən bir Türk firması “Altay” adlı yeni nəsil tank mühərriki buraxmaq üçün hökumətlə 190 milyon avroluq müqavilə imzalayıb. Layihənin 54 ay içərisində tamamlanması və yurd içindəki imkanlardan maksimum dərəcədə faydalanması hədəfə alınıb”

  ABŞ-ın digər qəzeti “The Washington Post” "Nəhəng tarixi yeraltı şəhər” məqaləsində yazır:
“Türkiyənin Kapadokya bölgəsini əhatə edən yeraltı şəhərlərin ən gözə çarpanı və məşhuru Derinkuyu yeraltı şəhəridir.
  Təpədə yerləşən Derinkuyudan başqa da böyük bir yeraltı şəhərin olduğu güman edilir və deyilir ki, “bu şəhər həqiqətən də ortaya çıxarsa, Derinkuyunu kölgədə qoya bilər”.
  “National Geographic” televiziyasında yayımlanan xəbərə görə, Nevşehir Universitetinin geo-fiziklerinin araşdırmalarına görə, yeni yeraltı şəhər yerin 110 metr altındadır və təxminən 450 hektarlıq sahəni əhatə edir. Təbii ki, şəhər hələ ortaya çıxmadığı üçün onun gerçəkdən nə qədər böyüklükdə olduğunu kimsə dəqiq bilməz. Amma elmi fərziyyələrə görə, şəhər 18 hissəli həyət sahəsindən ibarətdir, mağazaları və yolları var, vaxtilə burada 20 min insan yaşayıb. Artıq indidən şəhər Türkiyənin xariqüladə arxeoloji diyarı olan Kapatokyada qiymətli xəzinə sayılır.”

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr