İSEDAK-ın layihələri

İslam ölkələri yoxsulluğun azaldılması, turizm, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə sıx əməkdaşlığa başlayıb.

288278
İSEDAK-ın layihələri

  İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əlaqələri Daimi Komitəsinin (İSEDAK) Layihə Maliyyələşdirmə Mexanizmi ilə əlaqədar olaraq 17 yeni layihəyə Ankarada imzalar atılıb.

  İmza mərasimində çıxış edən Xarici İşlər nazirinin müavini Naci Koru “iqtisadi və siyasi dalğalanmaların zəngin və kasıb arasındakı uçurumu daha da artırdığını” nəzərə çatdırıb və “İSEDAK-ın layihələri bu dalğalanmaların ictimai və iqtisadi təsirlərinin azaldılmasını hədəfə alıb” deyib.

  Bu layihələrdən Türkiyə ilə birlikdə 11 ölkə də faydalanacaq.

  Xatırladaq ki, İSEDAK 30 ildən çoxdur ki, İslam dünyasının ortaq inkişaf problemlərinin çözülməsi və həll yollarının tapılmasına xidmət edən əməkdaşlıq platforması xüsusiyyətini daşıyır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr