Türkiyədən 50 min tələbəyə dəstək

Müraciətlər, 31 Martda sona çatır.

280947
Türkiyədən 50 min tələbəyə dəstək

Türkiyənin xarici tələbələrə 1992-ci ildən tətbiq olunan "Türkiyə Təqaüdləri" və "Türkiyə Scholarships" adlı stipendiyalardan ötən ilin dekabr ayına qədər 50 130 tələbə faydalanıb.

150-dən çox ölkədən qələn tələbələrin təhsil aldığı Türkiyədə, universitetlər bu günə qədər Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 19 329 stipendianta imkan yaradıb.
Eyni zamanda, Türkiyədə təhsil alan Yaxın Şərq ölkələrindən 4 103, Uzaq şərq ilə Cənubi Asiyadan 3 534 və Balkan ölkələrindən 8 000 tələbədə stipendiyayla təmin edilib.

Bundan əlavə 2011-ci ildən 4 663 Afrikalı tələbəyə təhsil imkanı yardılıb, 2014-ci ildə Şimali Amerikadan 44, Cənubi Amerikadan isə 202 tələbə təqaüdlə təmin edilib.

Çox sayda istəkləri nəzərə alaraq , bu il ilk dəfə 5 min tələbəyə veriləcək təqaüd üçün Fevraın 25 start verilən müraciətlərin baxılması müddəti Martın 31 başa çatır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr