Prezident Ərdoğandan "Novruz könüllərdəki ümidlərin oyanışıdır"

“Novruz Bayramı, millətimizin, bütün fərqlilikləri aşaraq, keçmişinə sahib çıxma və gələcəyini birlikdə inşa etmə iradəsini ifadə edir”

275650
Prezident Ərdoğandan "Novruz könüllərdəki ümidlərin oyanışıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan, "21 Mart Dünya Novruz Günü" münasibətilə verdiyi aşıqlamasında "Baharla birlikdə cücərən ümidlərimiz Novruz Bayramı ilə nəticə əldə edəcəyinə və yeni bir dövrün açılışına vəsilə olacağına inanıram" deyib.

Novruzu, "geniş coğrafiyada min illərdir qeyd olunan ortaq bir bayram, baharın oyanışı ilə təsadüf edən birliyin, bərabərliyin, qardaşlığın adı" olaraq xarakterizə edən Ərdoğan, "Bizim mədəniyyətimizdə Orta Asiyadan Balkanlara qədər bütün canlılığı və varlığını davam etdirən Novruz Bayramı, millətimizin, bütün fərqlilikləri aşaraq, keçmişinə sahib çıxma və gələcəyini birlikdə inşa etmə iradəsini ifadə edir. Novruz təbiətin, eyni zamanda könüllərdəki ümidlərin oyanışıdır ".

Ərdoğan, 2010-ci ildən etibarən, Birləşmiş Millətlər qərarı ilə bütün dünyada qeyd edilən bu gözəl bayramın, insanlığa sülh və əminamanlıq bəxş etməsini arzu edərək, bütün türk dünyasını Novruz Bayramını münasibətilə təbrik edirəm. " deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr