Avropa İttifaqı naziri Volkan Bozkır Brüsseldə səfərdədir

Avropa İttifaqı naziri Volkan Bozkır, 2015 Brüssel Forumu çərçivəsində "Yeni Terror Dalğası ilǝ Mübarizə" mövzulu toplantıya qatılıb.

275129
Avropa İttifaqı naziri Volkan Bozkır Brüsseldə səfərdədir

Avropa İttifaqı naziri Volkan Bozkır, 2015 Brüssel Forumu çərçivəsində "Yeni Terror Dalğası ilǝ Mübarizə" mövzulu toplantıya qatılıb.
Avropa İttifaqı naziri və Baş müzakirǝçi Volkan Bozkır, toplantıda Suriyadakı təhlükəsizlik böhranı və DEAŞ təhdidinə qarşı Türkiyənin təkliflərini bir dəfə daha xatırladıb.
Yalnız hava bombardmanı ilə nəticə ǝldǝ edilǝ bilməyəcəyini vurğulayan Bozkır, həm müxaliflərin hərbi olaraq dəstəklənməsi həm də Türkiyə sərhəd keçid mǝntǝqǝsindǝ uçuşa qadağan hava mǝkanı elan edilməsinin vacibliyini dilǝ gǝtirib.
Avropadan DEAŞ-a qatılan xarici ölkǝ vǝtindaşları mövzusunda Türkiyənin nahaq yerǝ tənqid edildiyini bildirǝn Bozkır deyib ki, 39 milyon turistdən hansı nə məqsədlə gəlir bunu müǝyyǝn etmək çətindir. İndiyǝ qədər 2 mindən çox şübhəlini geri göndərdik, amma əsl avropalı müttefiklerimizin öz sərhədlərində tədbir görmǝsi və bizimlə kəşfiyyata dair mǝlumatları artırması vacibdir.
Eyni toplantıda mǝruzəçilərdən Avropa İttifaqının Terrorla Mübarizə Koordinatoru Gilles de Kerchove, Türkiyə ilə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Kerchove ayrıca üzv ölkələri Avropa İttifaqının terror siyahısında yer alan PKK-ya daha çox təzyiq etməyə və maliyyə mǝnbǝlǝrinǝ mane olmağa çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr