Fikri Işık ABŞ-da "Tərsinə beyin köçü"ndən danışıb

Elm, Sənaye və Texnologiya naziri Fikri Işık Amerika Birləşmiş Ştatlarında bir sıra görüşlərdə olub.

272147
Fikri Işık ABŞ-da "Tərsinə beyin köçü"ndən danışıb

  Los Ancelesdəki (Angelesdə) Kaliforniya (California) Universitetində "Hədəf Türkiyə" tədbirində iştirak edən Işık “Tərsinə beyin köçü”nün əhəmiyyətinə və bu barədə Türkiyənin cəhdlərinə diqqət çəkib.

  Son zamanlar xaricdən Türkiyəyə dönən alimlərin sayının artdığını söyləyən Işık bunu rəqəmlərlə söyləyib: “2007-2014-cü illər arasında Avropa İttifaqı 7-ci Çərçivə Proqramı sayəsində 215, TUBİTAK-ın “Tərsinə beyin köçü”nün dəstəyilə 330, yəni cəm olaraq 545 alim Türkiyəyə geri qayıdıb”.

  TRT-yə xüsusi müsahibəsində Fikri Işık Türkiyənin bu layihəyə verdiyi əhəmiyyətdən danışıb. Işık bildirib ki, “İstəyən hər alimin Türkiyəyə dönüşünü asanlaşdırmaq və onların ölkə şərtlərinə uyğunlşmasını təmin etmək üçün lazımi maddi və mənəvi dəstək verəcəyik.”

  Fikri Işık Türkiyədə informasiya vadisi qurulduğunu da xatırladaraq infrastruktur işlərinin böyük bir sürətlə getdiyini söyləyib.

  Elm, Sənaye və Texnologiya naziri Fikri Işık ABŞ-da görüşləri sırasında Silikon Vadisində olan Kompüter Tarixi Muzeyinə gedib. Muzeydə nazir və heyətinə nəhəng ekranda “Google Earth”lə İzmit Körfəz Keçid körpüsü inşasının ediləcəyi yer və Qəbzədə hazırlanacaq Müəllim Kənd İnformasiya Vadisinin görüntüləri göstərilib.

  ''Avogy'' Türk texnologiya firmasına da baş çəkdikdən sonra Fikri Işık türkiyəli və amerikalı iş adamlarıyla birlikdə Amerika Ticarət Odasının təşkil etdiyi yemək ziyafətində olub.

  Nazir ABŞ səfəri çərçivəsində texnologiya və informasiya firmaları olan HP, Oracle, Intel, Cisco, Apple, Google, Microsoft və Teslaya da baş çəkəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr