TANAP layihəsinə bütün Avrasiya coğrafiyasının ehtiyacı var

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən təməli atılan Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP, yəni Trans Anadolu Təbii qaz Boru Xətti layihəsini “alternativi olmayan xüsusi bir layihə” olaraq qiymətləndirib.

268787
TANAP layihəsinə bütün Avrasiya coğrafiyasının ehtiyacı var

  TANAP-ın marşrutu və məqsədlərinin xüsusi bir əhəmiyyətə və yerə malik olduğunu bildirən Ərdoğan deyib: "Cənub qaz dəhlizinin bütün mərhələləri tamamilə həyata keçdikdən sonra Avropa ilə Xəzər bölgəsi arasında güclü bir bağ meydana gələcək. Bu layihəyə təkcə Azərbaycan, Gürcüstan və Türkiyə deyil, bütün Avrasiya coğrafiyasının ehtiyacı var."

  TANAP-ın ilk borusu dünən Qarsda təşkil edilən mərasimlə torpağa endirilib.

  Təxminən 10 milyard dollarlıq layihənin Türkiyə ayağını meydana gətirən ilk qaz axınının 2018-ci ildə reallaşması planlaşdırılır. İlk mərhələdə axın 16 milyard kub metrlə başlayacaq. Hədəf 2031-ci ilə qədər qazı 31 milyard kub metrə çatdırmaqdır. Qazın 6 milyard kub metrlik hissəsini Türkiyə alacaq.

  TANAP Türkiyədə həm yeni iş imkanları yaradacaq, həm də ölkəyə 50 milyard dollarlıq əlavə dəyər gətirəcək. 19 ilə tam başa gələcək boru xətti hesabına 15 min adamın işlə təmin olunması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr