Çanaqqala - fədakarlıqların simvolu

18 Mart Çanaqqala Zəfəri və Şəhidlər Günü münasibətilə liderlər çıxışlarında ürək sözlərini bölüşüblər.

268789
Çanaqqala - fədakarlıqların simvolu

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Çanaqqala zəfəri o dövrdəki bütün məşəqqətlərə baxmayaraq, əziz millətimizin müstəqilliyi, qüruru və vətən uğrunda bütün fədakarlıqlarını gözlər önünə sərən şanlı bir zəfərdir" deyib.

  Baş qərargah rəisi general Necdət Özel deyib: "Ən çox şəhid verdiyimiz müharibə Çanaqqala döyüşləridir. Amma sonunda əldə edilən zəfər uca millətimizin hər fərdinin son dərəcə diqqətlə araşdırıb dərs çıxarması lazım olan, sabahlarımıza işıq tutan ruh anlayışının bir rəmzidir".

  CHP lideri Kamal Kılıçdaroğlu “Müstəqilliyin və azadlığın simvolu, şəhidlərin və qəhrəmanların əmanəti olan bu yurdu eyni ruh və anlayışla qorumaq məsuliyyətimizdir” deyə vurğulayıb.

  İngiltərənin Ankaradakı səfiri Richard Moore twitter hesabından "Çanaqqala keçilməz" mesajını paylaşıb. İngilis səfirinin türkcə mesajı ictimai şəbəkədə böyük maraqla qarşılanıb.

  Richard Moore twitter hesabında yazıb: "Bütün Türkiyəli dostlarımızı Çanaqqala Zəfəri və Şəhidləri Anma Günü münasibətilə hörmətlə təbrik edirəm. Çanaqqalada bütün tərəflər cəsurca vuruşdu, ancaq layiq olduğu zəfəri qazanan Türklər oldu. Çanaqqala keçilməz”.

  Axtarış motoru Yandex ana səhifəsini Çanaqqala Zəfəri və Şəhidlər Gününə həsr edərək xüsusi dizayn hazırlayıb və başda Mustafa Kamal Atatürk olmaqla Kazım Qarabəkir və döyüşün digər qəhrəmanları haqqında ətraflı məlumatlara tez çatmaq imkanları təqdim edib, döyüşlə əlaqədar şəkil və videolar paylaşıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr