Üç ingilis qıza yardım edǝn şǝxs saxlanılıb
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu, DEAŞ-a qoşulan üç ingilis qıza yardım edǝn şǝxsin saxlanıldığını açıqlayıb.
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu, DEAŞ-a qoşulan 3 ingilis qıza yardım edǝn şǝxsin hǝbs edildiyini açıqlayıb.
Nazir, “A Xǝbǝr”dǝ yayımlanan proqramda, sǝrhǝd mǝntǝqǝsindǝn Suriyaya keçişlǝr mövzusunda Türkiyǝnin üzǝrinǝ düşǝni yerinǝ yetirmǝdiyi barǝdǝki tǝnqidlǝri sǝrt şǝkildǝ cavablandıraraq deyib ki, Vaşinqton Post qǝzetinin bu mǝsǝlǝ ilǝ bağlı xǝbǝri “sǝthi” vǝ “xoşagǝlmǝz”dir.
İtkin olan üç ingilis qıza yardım edǝn şǝxsin saxlanıldığına diqqǝt çǝkǝn nazir bildirib ki, onlara yardım edǝn şǝxs beynǝlxalq koalisiyada olan bir ölkǝnin kǝşfiyyat idarǝsindǝ işlǝyǝn biridir.
Çavuşoğlu, Türkiyǝnin Mosulda milli mühafizǝ dǝstǝlǝrinin tǝlimi vǝ hazırlaşmasına dǝstǝk olacağını da sözlǝrinǝ ǝlavǝ edib.
Әlaqәli Xәbәrlәr
İraqın şimalında 12 terrorçu da zәrәrsizlәşdirilib
Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.