Ən böyük çadır şəhərciyi

Şanlıurfanın Suruç mahalında 35 min nəfərlik çadır şəhərciyi salınıb.

250316
Ən böyük çadır şəhərciyi

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan açılışda iştirak edib.

  Suriyalı uşaqların xalq oyunları və suriyalıların isti münasibətilə qarşılanan Əminə Ərdoğan çıxışı zamanı deyib: “35 min adamın sığınabiləcəyi 700 ailə çadırından başqa, burada uşaq oyunu sahələrinə qədər insan məişətini keçindirən hər şey var. Suruç dünyanın ən böyük və müasir çadır şəhərciyidir”

  “Dünyanın harasında olur olsun, Türkiyə hər zərər çəkmişə əl tutur” deyən Əminə Ərdoğan onu da bildirib ki, “Suriyalı kürdlərə Kobanidə vəziyyət düzələnə qədər Türkiyədə ən yaxşı şəkildə qayğı göstəriləcək. Türkiyə qonaqpərvərlikdə dünya dövlətlərinə bir nümunədir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr