Çavuşoğlu paytaxt Berlində önәmli açıqlama verib

Çavuşoğlu xarici ölkələrdən gələn döyüşçülərin Türkiyə torpaqlarından keçərək Suriyaya getmәlәrinin qarşısını almaqda davam etdiklәrini bildirib.

248911
Çavuşoğlu paytaxt Berlində önәmli  açıqlama verib

Xarici İşlər Naziri Mevlud Çavuşoğlu xarici ölkələrdən gələn döyüşçülərin Türkiyə torpaqlarından keçərək Suriyaya getməsinin qarşısını almaq üçün lazımi tədbirləri gördüklərini deyərək, Avropa ölkələrinin də eyni həssaslığı göstərməsini istəyib.
Çavuşoğlu Almaniyaya səfəri çərçivəsində paytaxt Berlində Avropalı Türk Diplomatlar Birliyinin Berlin şöbəsinin təşkil etdiyi tədbilərə qatılaraq Türk qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlarla görüşüb.
Bəzi ölkələrin, xaricdən gələn döyüşçülərin Türkiyə üzәrindәn Suriyaya getdiyini düşündüyünü bildirən Nazir, halbuki Türkiyənin on iki min döyüşçüyə ölkəyə girməyi qadağan etdiyini, 1100 nəfərin isə tutularaq ölkələrinə geri göndərildiyini deyib.
İngiltərədən Türkiyəyә gәlib vә bu ölkәdәn Suriyaya gedən 3 qız ilə əlaqədar haqsız yerə tənqid olunduqlarını deyən Mevlud Çavuşoğlu, “ Bəs bu insanlar Türkiyəyə necə gəlib? Yalnız biz mi günahkarıq? Məlumat verin, biz də onların qarşısını kəsək. Belә problemlərdə biz onsuz da üzərimizə düşən vəzifələri artıqlaması ilə yerinə yetiririk. İstəyimiz isə bizə vaxtında xəbər verilməsidir” deyib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr