Sərnişin təyyarəsi uçuş zolağından çıxıb

Türk Hava Yollarının İstanbuldan Nepalın paytaxtı Katmanduya səfər edən sərnişin təyyarəsi, Nepal hava limanında uçuş zolağından çıxıb.

247690
Sərnişin təyyarəsi uçuş zolağından çıxıb

Türk Hava Yollarının İstanbuldan Nepalın paytaxtı Katmanduya səfər edən sərnişin təyyarəsi, Nepal hava limanında uçuş zolağından çıxıb.
Təyyarədə 224 sərnişin və 11 ekipaj üzvü olub. Hadisə nəticəsində 1 sərnişin yaralanıb.
Digər sərnişinlər və ekipaj üzüvləri etibarlı şəkildə terminala yerləşdirilib.
Təyyarənin yağış səbəbiylə uçuş zolağından çıxdığı bildirilib.
Hava limanına enmədən əvvəl havada yarım saat dövrə vuran təyyarə, ilk enişində uçuş zolağını keçib, ikinci enişində isə zolaqdan çıxıb.
Qəzanın ardından hava limanı uçuşlara bağlanılıb.
Türk Hava Yolları, sərnişinləri almaq üçün başqa bir təyyarə göndərib.
Qeyd edək ki,yeni təyyarə ilə qəzanın səbəblərini araşdırmaq üçün texniki personal Katmanduya gedib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr