Türk Hava yollarından yeni reys

Türk Hava Yolları (THY) Nigeriyanın paytaxtı Abucaya yeni reys açıb.

246417
Türk Hava yollarından yeni reys

Türk Hava Yolları (THY) Nigeriyanın paytaxtı Abucaya yeni reys açıb.
THY-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 108 ölkəyə uçuş həyata keçirən THY, bu gün də Abucanı 262-ci uçuş nöqtəsi olaraq uçuş şəbəkəsinə daxil edib.
Nigeriyada Lagos və Kanonun şəhərlərindən sonra 3-cü reys nöqtəsi olan Abucaya, çərşənbə axşamı, cümə axşamı, cümə, şənbə və bazar günləri qarşılıqlı reyslər olacaq.
Sərnişinlər İstanbuldan Abucaya bütün vergilər daxil gediş-gəliş 449 avro, Abucadan İstanbula isə 679 dollardan başlayan açılışa məxsus xüsusi qiymətlərlə səyahət edə biləcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr