Dövlǝt başçısı Әrdoğan ölkǝyǝ qayıdıb
Dövlǝt başçısı Әrdoğan Sǝudiyǝ Әrǝbistanına sǝfǝrini yekunlaşdırıb.
Dövlǝt başçısı Әrdoğan Sǝudiyǝ Әrǝbistanına sǝfǝrini yekunlaşdırıb.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Mǝkkǝ vǝ Mǝdinǝ ziyarǝtindǝn sonra Riyada gedib.
Bu ölkǝnin kralı Sǝlman bin Әbdülǝziz tǝrǝfindǝn qarşılanan Әrdoğan, tǝkbǝ-tǝk görüşdǝn sonra Krallıq Sarayında şǝrǝfinǝ verilǝn nahar yemǝyinǝ qatılıb.
Görüşlǝrdǝ siyasi, iqtisadi, tǝhlükǝsizlik vǝ müdafiǝ mǝsǝlǝlǝri başda olmaqla iki ölkǝ arasındakı ǝmǝkdaşlığın güclǝndirilmǝsi müzakirǝ edilib.
Görüşdǝ ayrıca Suriyada müxalifǝtǝ verilǝn dǝstǝyin nǝticǝ ǝldǝ edilǝcǝk şǝkildǝ artırılması barǝdǝ dǝ hǝmfikir olunub.
Dövlǝt başçısı Әrdoğan, Sǝudiyǝ Әrǝbistanı sǝfǝrindǝn sonra öz Twitter sǝhifǝsindǝ bu ölkǝnin kralı Sǝlman vǝ Sǝudiyǝ Әrǝbistanı xalqına tǝşǝkkür etdiyi açıqlama yayıb.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...