"Türkiyənin PKK ilə otuz illik mübarizəsində önəmli addım"

Hәll prosesi ilә bağlı açıqlamalar Dünya mətbuatında geniş yer alıb.

242493
"Türkiyənin PKK ilə  otuz illik mübarizəsində önəmli addım"

Baş nazirin köməkçisi Yalçın Akdoğan ilə HDP partiyasının nümayəndələri arasında keçirilən görüşlərdən sonra verilən açıqlamalara Dünya mətbuatında geniş yer verilib.
Belə ki irəliləyişlərlə bağlı ilk xəbəri Dünyaya “ Reuters” xəbər agentliyi duyurub.
“Abdullah Öcalan onu dəstəkləyənlərə bahar aylarında bir tərki-silah konfransında iştirak etməyi təklif edib” cümləsinə yer verən “Reuters”, bu hadisənin Türkiyənin PKK ilə otuz illik mübarizəsində önəmli bir addım olduğunu yazıb.
Xəbərdə həmçinin HDP millət vəkili Sırrı Sürəyya Öndərin canlı yayımda Öcalanın tərəfdarlarına ünvanladığı məktubu da oxuduğu ifadə olunub.
“Associated Pres” xəbər agentliyi isə “ Öcalan PKK-ya silah buraxmaq cağırışı etdi “ başlıqlı xəbərinin davamaında yazıb: “HDP partiyasından millət vəkili Sırrı Sürəyya Öndər Öcalanın PKK-ya Bahar ayında konqres keçirməyi və qruplaşmaya tərki-silah olmağı təklif etdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr