Rəcəb Tayyib Ərdoğan Umrə ziyarətini yerinə yetirib

Ərdoğan rəsmi səfər üçün getdiyi Səudiyyə Ərəbistanında Umrə ziyarətini yerinə yetirib.

242601
Rəcəb Tayyib Ərdoğan Umrə ziyarətini yerinə yetirib

Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün getdiyi Səudiyyə Ərəbistanında Umrə ziyarətini yerinə yetirib.
Ziyarətin ardınca Ərdoğan Ciddə şəhərindəki Kral Qonaq evində məskunlaşıb.
Ərdoğanın bu gün Mədinəyə gedərək Həzrəti Məhhəmməd Peyğəmbərin qəbrinin olduğu Məscidi Nəbeviyi ziyarəti planlaşdırılır.
Daha sonra dövlət rəhbərinin Ər-Riyada gedərək Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Suudla görüşü gözlənilir.
Görüş zamanı iki ölkə arasındakı ticarət və maliyyə məsələləri ətrafında müzakirələr aparılacağı vurğulanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr