"Sultan Süleyman" Bakıda

Məşhur aktyor Halit Ergenç “Möhtəşəm yüzil”dən sonra bir aralar heç bir film layihəsində görünmədi. Artıq qardaş ölkədə aktyorluğunu davam etdirir.

239241
"Sultan Süleyman" Bakıda

  Bakıda Azərbaycanlı yazıçı Qurban Səidin eyni adlı romanı əsasında Kris Thykierin prodüserliyi ilə çəkilən "Əli və Nino" kinofilminin çəkilişlərinə başlanılıb.

  Filmin heyətində Halit Ergençdən başqa, Adam Bakri, Maria Valverde, "Homeland" serialından tanınan Mandy Patinkin və Numan Acar var.

  Çəkilişlərin 11 həftə davam etməsi gözlənilir.

  Müsəlman Əli xan və xristian Nino Kipianinin Bakıda 20-ci əsrin əvvəllərində yaşadıqları eşqdən bəhs edən filmin çəkilişlərinin cəmi üç həftəsi İstanbulda olacaq.

  "Mənimçün çox maraqlı bir işdir. Çünki əsər ağır mövzuları əhatə edir."

  Bu sözləri "Əli və Nino"nun Oscar mükafatlı ssenari müəllifi Christopher Hampton deyir. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr