"Daha əlli il gözləməyə səbrimiz yoxdur"

Avropa İttifaqı naziri Volkan Bozkır artıq Türkiyənin İttifaqa tamhüquqlu üzvülük məsələsində əsas hədəfinin İttifaqın standartlarına yüksəlmək olduğunu deyib.

238233
"Daha əlli il gözləməyə səbrimiz yoxdur"

Avropa İttifaqı naziri Volkan Bozkır artıq Türkiyənin İttifaqa tamhüquqlu üzvülük məsələsində əsas hədəfinin İttifaqın standartlarına yüksəlmək olduğunu deyib.
Bozkır Finlandiya səfəri çərçivəsində “Paasikivi Society" adlı bir beyin mərkəzinin “Avropada Türkiyə:çətinlikərə qarşı fürsətlər” adlı konfransda iştirak edərək Türkiyənin Avropa İttifaqına üzvlük məsələsindən danışıb.
Türkiyənin bu məsǝlǝdǝ səbrlə hərəkət etdiyini deyən nazir, bu prosesin əlli ildən çoxdur davam etdiyini və ölkəsinin daha bir əlli il gözləməyə səbrinin olmadığını deyib.
Bozkır Finlandiyanın bu işdə Türkiyəyə verdiyi dəstəyə görə də öz təşəkkürünü bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr