Cəmil Çiçək Kanadaya səfər edib

Türkiyə Böyük Millət Məclisin Sədri Cəmil Çiçək, Kanadadakı rəsmi təmaslarını tamamlayıb.

238652
Cəmil Çiçək Kanadaya səfər edib

Türkiyə Böyük Millət Məclisin Sədri Cəmil Çiçək, Kanadadakı rəsmi təmaslarını tamamlayıb.
Cəmil Çiçək, Kanada səfəri çərçivəsində Ontario Əyalət Parlamenti Başçısı Dave Levac ilə görüşüb.
Millət Məclisi sədrinin növbəti dayanacağı Torontodakı Pape Məscidi olub.
Cəmil Çiçək burada Toronto şəhərinin Din Attaşesi, din xadimləri və Kanada Türk İslam Vəqfi nümayəndələri ilə bir araya gəlib.
Daha sonra Torontodakı Türk səfirliyini ziyarət edən Məclis sədri , Kanadada yaşayan Türklər ilə bir araya gəlib.
Türk vətəndaşlarının problemlərini həll etmək üçün cəhd göstərəcəyini vurğulayan Cəmil Çiçəyin bir də tövsiyəsi olub.
Sədr, Türk vətəndaşlarından yaxşı dünya görüşünə sahib olmalarını və eyni zamanda öz adət-ənənələrini də unutmamaqlarını istəyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr