Fǝtullah Gülǝn vǝ Әmrǝ Uslu haqqında həbs qəti imkan tədbiri qǝ

Polis İdarǝsindǝki “Paralel dövlǝt” idarǝetmǝ iddialarına dair istintaq çǝrçivǝsindǝ şübhǝlilǝrdǝn Fǝtullah Gülǝn vǝ Әmrǝ Uslu haqqında həbs qəti imkan tədbiri qǝrara alınıb.

231354

İstanbul baş prokuroru İrfan Fidan tərəfindən qaldırılan və İstanbul 3-cü Cəza Hakimliyi tərəfindən qəbul edilən Fǝtullah Gülǝn vǝ Әmru Uslu haqqında həbs qǝrarının yer aldığı açıqlamada “Silahlı terror tǝşkilatı qurma vǝ idarǝetmǝ, Türkiyǝ Cümhuriyyǝti hökumǝtini ortadan qaldırma, vǝzifǝlərini icra edənlərə mane olmağa tǝşǝbbüs, dövlǝtin mǝxfi mǝlumatlarını siyasi vǝ ya hǝrbi casusluq mǝqsǝdilǝ istifadə etmǝ” maddələri əsas gətirilib.
İstanbul 3-cü Cəza Hakimliyi bu sǝbǝplǝrdǝn şübhǝlilǝrin həbs qǝrarını tǝsdiqlǝyib.
İstintaqda dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ baş nazir Әhmǝd Davudoğlunun da olduğu 101 şǝxsin telefon danışıqlarının dinlǝnildiyinǝ dair iddialar mövcuddur.
Qeyd edǝk ki, Fǝtullah Gülǝn haqqında bundan əvvəl başqa bir ǝmǝliyyat çǝrçivǝsindǝ “Cinayǝt tǝşkilatı lideri” maddəsilə həbs qəti imkan qǝrarı qǝbul edilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr