Caber Qalası və Süleyman Şah türbəsi Türkiyənindir

“Caber Qalası və Süleyman Şah türbəsi Türkiyə Cümhuriyyətinin toprağıdır”

227517
Caber Qalası və Süleyman Şah türbəsi Türkiyənindir

  Suriyadakı Süleyman Şah Türbəsi və Hörmət polis məntəqəsi Türkiyənin sərhədləri xaricində onun tək torpaq parçasıdır.

  Türbədə Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin babası Süleyman Şahın və iki əsgərinin qəbrləri var.

  20 oktyabr 1921-cidə Türkiyə və Fransa hökumətləri arasında imzalanan Ankara müqaviləsində “Caber Qalası və Süleyman Şah türbəsi Türkiyə Cümhuriyyətinin toprağıdır” deyə qəbul edilib. Türkiyəyə burada gözətçi saxlama və bayrağını qaldırma haqqı verilib.

  Türbənin mühafizəsinə məsul Jandarma Ehtiram Qitəsi adlanan qurumdur ki, Türkiyə onun burada ikaməti üçün 30 may 1938-ci il tarixində bir polis bölməsi tikdirib.

  Türkiyə ilə Suriya arasında 1956-ci ildə əldə edilən razılaşmaya görə, polis məntəqəsində Türkiyə hərbi birliyi hər ayın 7-ində yerini dəyişdirməlidir.

  Suriya hökuməti Fırat Çayı üzərində 1968-ci ildə başladığı Tabka Su Anbarının 1973-cü ildə tamamlayacağını və səddin su ilə dolması nəticəsində Caber Qalası və Süleyman Şah türbəsinin tamamilə sular altında qalacağını bildirmişdi. O zaman Türkiyə hökumətinə türbənin yerini dəyişdirməsi və ya türbənin Türkiyəyə nəqli barədə nota göndərmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr