Türkiyǝ Liviyadakı hücumları pislǝyib

Türkiyǝ, Liviyadakı terror hücumlarını pislǝyib vǝ tǝrǝflǝri BMT-nin nǝzarǝtindǝ keçirilǝn siyasi dialoq prosesinǝ qatılmağa çağırıb.

226352
Türkiyǝ Liviyadakı hücumları pislǝyib

Türkiyǝ, Liviyadakı terror hücumlarını pislǝyib vǝ tǝrǝflǝri BMT-nin nǝzarǝtindǝ keçirilǝn siyasi dialoq prosesinǝ qatılmağa çağırıb.
Xarici İşlǝr Nazirliyindǝn verilǝn açıqlamada, Liviyanın Kubba şǝhǝrindǝ hǝyata keçirilǝn vǝ çoxlu sayda insanın hǝlak olmasına vǝ yaralanmasına sǝbǝb olan terror aktları sǝrt şǝkildǝ pislǝnib.
Açıqlamada bildirilib ki, Liviyadakı hücumlarda ölǝnlǝrǝ Allahdan rǝhmǝt, ailǝlǝrinǝ sǝbir vǝ cǝsarǝt, yaralananlara şǝfa dilǝyir, qardaş Livaya xalqına başsağlığı veririk.
Açıqlamada o da vurğulanıb ki, Türkiyǝ son vaxtlarda Liviyada artan terror hadisǝlǝrini narahatlıqda izlǝyir. Ölkǝnin yeni bir terror yuvasına çevrilmǝmǝsi üçün milli razılığın yaxın zamanda ǝldǝ edilmǝsi böyük ǝhǝmiyyǝt daşıyır.
Türkiyǝ, tǝrǝflǝri BMT-nin nǝzarǝtindǝ keçirilǝn siyasi dialoq prosesinǝ qatılmağa da çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr