Türkiyəli memarın imzası ilk dəfə Marsda

Dünyanın tanınmış universitetlərilə əməkdaşlıq edən dosent yardımçısı Gülay Yedekçi də Marsda yeni həyat layihəsinə imza atıb

219052
Türkiyəli memarın imzası ilk dəfə Marsda

  Alimlər Ayda da, Marsda da insan həyatı üçün lazım olan süni bir "biosfer" yaratmaq fikri ilə məşğuldurlar. Amma həqiqətə daha uyğunu Mars planeti hesab olunur. 2025-ci ilə qədər orda yeni bir həyat yaradılması planlaşdırılır.

  Marsdakı yeni həyat layihələrində Türkiyə də söz sahibi olub. "Gələcək memarlıq və şəhərləri" mövzusunda dünyanın tanınmış universitetlərilə əməkdaşlıq edən dosent yardımçısı Gülay Yedekçi də Marsda yeni həyat layihəsinə imza atıb. “Marsda əvvəlcə bitkiləri yetişdirəcək istixana sahələri yaradılacaq, heyvan fermaları qurulacaq, azot və bitkilərin fotosintezi sayəsində oksigen istehsalı təmin ediləcək”. Bu sözləri  Gülay Yedekçi deyib. O həm də bildirib ki, “Marsda həyat sahəsi qurmaq artıq bir xəyal olmaqdan çıxır. Və biz Türkiyə adından bu il 3 ayrı layihə də təqdim edəcəyik. “Bunu biz edə bilmərik, bacarmarıq" inamsızlığını çoxdan üzərimizdən atmışıq. Yaxın 1 il ərzində Marsda 100 adamın 1 il boyu necə yaşaya biləcəyilə bağlı layihələri ictimaiyyətə də açıqlayacağıq."



Etiketlәr:

Әlaqәli Xәbәrlәr