Hakan Fidan vǝzifǝsindǝn istefa verib

Hakan Fidan iyunun 7-dә keçirilǝcǝk seçkilǝrdǝ millǝt vǝkilliyinә namizǝdliyini irәli sürmәk mǝqsǝdi ilǝ vǝzifǝsindǝn istefa verib.

213388
Hakan Fidan vǝzifǝsindǝn istefa verib

Milli Kǝşfiyyat İdarǝsinin (MİT) rǝhbǝri Hakan Fidan iyunun 7-dә keçirilǝcǝk seçkilǝrdǝ millǝt vǝkilliyinә namizǝdliyini irәli sürmәk mǝqsǝdi ilǝ vǝzifǝsindǝn istefa verib.
Hakan Fidan fevralın 10-dan etibarǝn qüvvǝdǝ olacaq istefa qǝrarını Baş Nazirliyǝ tǝqdim edib.
Fidanın istefa ǝrizǝsinin Baş nazir Әhmǝd Davudoğlu tǝrǝfindǝn qǝbul edildiyi bildirilib.
Qeyd edǝk ki, Hakan Fidan 25 may 2010-cu ildǝn Milli Kǝşfiyyat İdarǝsinin rǝhbǝri işlǝyirdi.
Ali Seçki Şurasının elan etdiyi tǝqvimǝ ǝsasǝn, millǝt vǝkilliyinǝ namizǝdliyini irǝli sürǝcǝk dövlǝt işçilǝri fevralın 10-dǝk vǝzifǝlǝrindǝn ayrılmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr