Dövlǝt başçısı İordaniya Kralına başsağlığı verib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, DEİŞ-ın(İŞİD) öldürdüyü iordaniyalı pilot üçün, Kral Abdullaha zǝng edǝrǝk başsağlığı verib.

212603
Dövlǝt başçısı İordaniya Kralına başsağlığı verib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, DEİŞ-ın(İŞİD) öldürdüyü iordaniyalı pilot üçün, Kral Abdullaha zǝng edǝrǝk başsağlığı verib.
Cümhurbaşqanlığı mǝnbǝlǝrindǝn ǝldǝ edilǝn mǝlumata ǝsasǝn Әrdoğan, Kral Abdullah ilǝ telefon danışığında hadisǝdǝn dǝrin kǝdǝr duyduğunu bildirǝrǝk, başda pilotun ailǝsi olmaqla bütün İordaniya xalqına başsağlığı verib.
Hadisǝni sǝrt şǝkildǝ qınadığını bildirǝn Dövlǝt başçısı, terrora qarşı ortaq mübarizǝnin vacibliyini dilǝ gǝtirib.
Kral Abdullahın da, bölgǝ ölkǝlǝrinǝ mǝnfi tǝsir edǝn terrorla mübarizǝ mövzusunda ǝmǝkdaşlığın daşıdığı ǝhǝmiyyǝti vurğuladığı bildirilib.
Görüş zamanı iki liderin, Suriya mövzusunda ǝmǝkdaşlıq edilmǝsinin vacibliyindǝn danışdıqları da qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr