Türkiyədə şüadan qoruyan parça ixtira edilib

Türkiyədə şüadan qoruyan parça ixtira edilib

212412
Türkiyədə şüadan qoruyan parça ixtira edilib


  Türkiyədə toz halına gətirilərək parça səthinə işlənən vulkanik maddədən günəşin zərərli şüalarını 98 faiz süzən yeni parça növü ixtira edilib.

  Uşak Universitetinin Mühəndislik Fakültəsi Tekstil bölümünün müəllimi, elmlər namizədi Bahar Tiber bu təcrübənin dünyada bir ilk olduğunu söyləyib.

  Ozon təbəqəsindəki problemlərə görə günəş şüaları insanların dərisində müxtəlif xəstəliklər yaradır. Bahar Tiber deyir ki, “İnsanlar bu parça sayəsində ultra-bənövşəyi şüaların zərərli təsirlərindən maksimum dərəcədə qorunacaqlar. Bu parçadan günəşlikdən çətirə, pərdədən paltara qədər hər şey tikmək və bir çox sahədə faydalanmaq mümkündür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr