20 Yanvar faciǝsi unudulmadı

20 Yanvar şǝhidlǝrinin xatirǝsi Türkiyǝnin Kahramanmaraş şǝhǝrindǝ dǝ yad edilib.

192105
20 Yanvar faciǝsi unudulmadı

20 Yanvar şǝhidlǝrinin xatirǝsi Türkiyǝnin Kahramanmaraş şǝhǝrindǝ dǝ yad edilib.
Kahramanmaraş Azǝrbaycan Mǝdǝniyyǝt vǝ Hǝmrǝylik cǝmiyyǝti qǝtliamın 25 illiyi ilǝ bağlı anım mǝrasimi tǝşkil edib.
Yerǝ qǝrǝnfillǝr qoyan cǝmiyyǝt üzvlǝri mǝtbuat açıqlaması verib.
20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Qars şəhərindəki Azǝrbaycanın Baş Konsulluğu tərəfindən dǝ anma mərasimi keçirilib.
Konsulluqdan verilən məlumata görə, tədbirdə baş konsul Ayxan Süleymanlı 20 Yanvar faciəsinin yaranma səbəbləri və bu hadisənin Azərbaycan xalqının tarixində qızıl həriflərlə yazdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Qafqaz Universitetinin ədəbiyyat fakültəsinin tarix bölümünün dosent müavini Oktay Kızılkaya çıxış edərək 20 Yanvar faciəsini törədənləri qəti şəkildə pisləyərək, bu hadisənin Azǝrbaycanın şanlı səhifəsi kimi dəyərləndirmişdir.
Çıxışlardan sonra qarslı şair Murat Şanlı özü yazdığı və 20 Yanvar şəhidlərinə həsr olunmuş “Azərbaycan” adlı şeri qonaqlar qarşısında oxuyub. Daha sonra 20 yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirilib, mərasim iştirakçıları Baş Konsulluq tərəfindən quraşdırılmış fotostend ilə tanış olublar.
Mərasimdə Qars vilayəti Valisinin müavini Akif Pektaş, Qars şəhər Bələdiyyəsinin sədr vəkili Tahsin Güngörən, sədr müavinləri Yakup Yıldız və Ferit Yenice, Qars şəhər rəsmi və qeyri-rəsmi qurumların rəhbər və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbər, professor və müəllim heyəti, universitetdə təhsil alan Azərbaycanlı və Türk tələbələri, KİV-nin və yerli ictimaiyyətin nümayəndələri və digər şəxslər iştirak ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr