Davudoğlu, Londonda görüşlǝr keçirir

Baş nazirin London görüşlǝrindǝ siyasi mövzularla yanaşı iqtisadiyyat mǝsǝlǝlǝri dǝ gündǝmdǝ öz yerini tutur.

191629
Davudoğlu, Londonda görüşlǝr keçirir

Baş nazirin London görüşlǝrindǝ siyasi mövzularla yanaşı iqtisadiyyat mǝsǝlǝlǝri dǝ gündǝmdǝ öz yerini tutur.
Baş naziri London sǝfǝrindǝ müavini Әli Babacan, Mǝdǝniyyǝt vǝ Turizm naziri Ömǝr Çǝlik, Maliyyǝ naziri Mehmet Şimşǝk vǝ Әdalǝt vǝ İnkişaf partiyasının sǝdr müavini Bǝşir Atalay ilǝ çoxlu sayda iş adamı müşayiǝt edir.
Davudoğlu, hǝmkarı Devid Kemeron ilǝ keçirǝcǝyi görüşdǝn öncǝ İstanbul vǝ London Birjaları arasında ǝmǝkdaşlığa dair imzalanma mǝrasiminǝ qatılıb.
Türkiyǝdǝki iqtisadi artım prosesinǝ işarǝ edǝn Davudoğlu deyib ki, İstanbul vǝ London iqtisadiyyatlarının bir araya gǝlmǝsindǝn Avropa vǝ dünya iqtisadiyyatı da faydalanacaqdır.
Baş nazir Davudoğlu, Birja İstanbul vǝ Türkiyǝ İxracatçılar Birliyi tǝrǝfindǝn, İstanbul Maliyyǝ Mǝrkǝzi Tǝşǝbbüsünün ǝmǝkdaşlığı ilǝ tǝşkil edilǝn “İstanbul:Regional Mǝrkǝz, Regional Güc Forumu”nda çıxış edib.
Davudoğlu çıxışında deyib ki, İstanbulun tarixi iqtisadi gücü ilǝ Londonun müasir qurğusunun bir araya gǝlmǝsi iki ölkǝnin iqtisadiyyatına dayaq olacaqdır, bundan ǝlavǝ Avropa vǝ dünya iqtisadiyyadı da bundan istifadǝ edǝcǝk.
Hökumǝtin hǝyata keçirdiyi iqtisadi dǝyişiklik ǝmǝliyyat planı haqqında mǝlumat verǝn Baş nazir, ölkǝdǝ iqtisadi ǝsasların dǝyişdiyini, yeni ǝsaslarda tǝxnologiyadan istifadǝ edilmǝsinin artırılacağını deyib.
Davudoğlu onu da ǝlavǝ edib ki, Türkiyǝ 3 faiz inkişaf edib, bu proses müsbǝt istiqamǝtdǝ davam edǝcǝkdir.
Baş nazir Davudoğlu, səfəri çərçivəsində, Wilton Park tərəfindən təşkil ediləcək tәdbirǝ qatılaraq orda da çıxış edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr