Prezidentin sözçüsü İbrahim Kalından Murdoch-ın tvitinә reaksiya

Murdoch-ın qalmaqal yaranmasına sәbәb olan Tvitinә minlərlə insan reaksiya göstәrib.

181266
Prezidentin sözçüsü İbrahim Kalından Murdoch-ın tvitinә reaksiya

Rupert Murdoch-dan qalmaqala sәbәb olan tvit!
Murdoch-ın qalmaqal yaranmasına sәbәb olan Tvitinә minlərlə insan reaksiya göstәrib.
Dünyanın etibarlı media sahiblәrindәn Rupert Murdoch Parisdə yumor jurnalı Charlie Hebdoya təşkil edilən və 2-si polis, 4-ü karikaturaçı olmaqla 12 nәfәrin hәyatını itirmәsinә sәbәb olan terror hücumuna dair atdığı Tvit-ә bir saat әrzindә minlərlə insan sәrt reaksiya verib.
Prezident sözçüsü İbrahim Kalın, mövzu ilә bağlı öz reaksiyasını atdığı bir tvitlә göstәrib. Kalın Murdoch-ın açıqlamasını axmaqca xarakterizə etdiyi tvitindә, "Fransadakı hücumlarla bağlı bir milyard 600 milyon müsəlmanı ittiham etmәk, 2-ci Dünya döyüşündən, Holokostdan və Hiroşimadan bütün Qərblilər məsuldur demək kimi axmaqca və irqçi bir anlayışdır" deyә vurğulayıb.
Murdoch-ın açıqlamasına dünyanın müxtәlif yerlәrindәn dә reaksiya verilib.
Yarım milyondan çox izlәyiçisi olan Murdoch-ın atdığı tvitin yalnız bir neçə min nәfәr tәrәfindәn bәyәnilmәsi diqqәt çәkir. Onu izlәyәnlәrdәn biri, "Bir neçә insanın törәtdiyi cinayәtdәn milyardlarla insanın mәsul olduğunu düşünmәk böyük sәhvdir” deyәrәk öz reaksiyasını sәslәndirib.
Başda İngiltərə və ABŞ olmaqla əhəmiyyətli media gücünә sahib Rupert Murdoch, daha əvvəl də İraq müharibəsini qızışdıran nəşrləri səbəbiylə illər uzunu tənqidlәrә mәruz qaldı. Dünyanın ən zənginləri siyahısında yer alan Murdoch-ın, Fransız xalqı tәrәfindәn bazar günü Parisdə tәşkil edilәn "Birlik və Bərabərlik yürüşü" әrәfәsindә belә bir açıqlama vermәsi bәxtsizlik olaraq xarekterizә edilib.
Türkiyәdәn baş nazir Əhməd Davudoğlu, 2 ölkədәn dövlət başçısı, 8 ölkədәn isә baş nazir vә bir çox ölkənin nazirlərinin iştirak edәcәklәri yürüşün mәqsәd vә anlayışına zidd açıqlama verәn Murdoch-ın sözlәri, "Hücumların İslamla heç bir əlaqəsi yoxdur" deyәn Fransa prezidenti Fransua Hollande-ın sözləri ilә üst-üstә gәlmir. Demәk olar ki, Murdoch, Parisdәki hücumda hәyatını itirәn və müsəlman olduğu üçün hadisənin simvoluna çevrilәn polis әmәkdaşlarından müsәlman olan Əhməd Merabet-i dә unudub.
Başda İslam ölkələrinin liderləri olmaqla bütün dünya hücuma reaksiya göstәrib. Beynəlxalq ictimaiyyət terroru lәnәtlәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr