Bu gecə Mövlud Bayramıdır

Mǝhǝmmǝd peyğəmbərin doğum günü olan Mövlud Bayramı bu gecə qeyd edilǝcǝk.

168682
Bu gecə Mövlud Bayramıdır

Mǝhǝmmǝd peyğəmbərin doğum günü olan Mövlud Bayramı bu gecə qeyd edilǝcǝk.
Din İşlǝri üzrǝ İdarǝnin rǝhbǝri Mehmet Görmez, Mövlud Bayramı müracǝtindǝ, bu gecə, aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd Mustafa peyğǝmbǝrin dünyaya gəlmǝsinin 1444-cü il dönümünün qeyd ediləcəyini xatırladıb.
Məhəmməd peyğǝmbǝr ilə gələn vəhy işığının könülləri aydınlattığını ifadə edən Görmez, "Bu vəhy işığının bütün insanlığın möhtac olduğu mənəvi dincliyə çevrilməsini, vətənimiz, millətimiz, könül coğrafyamız və bütövlükdǝ yer üzü əhalisi üçün Mövlud Bayramının sülh, bərəkət və salamatlığa sǝbǝbə olmasını Rəbbimizdən niyaz edirəm" deyə bildirib.
Məhəmməd peyğǝmbǝrin sözlərinin, insanı özüylə tanış edǝn, özüylə barışdıran, təbiətlə qovuşduran və Allaha yönəldən xatırlatma faktları ehtiva etdiyini bildirǝn Görmez, həyatının isə mərhəmmətin, vicdanın, əfvin, səbrin, tolerantlığın və şəfqətin nümunəsi olduğuna diqqəti çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr