B-20-nin ilk toplantısı İstanbulda keçirilib

Davudoğlu, İstanbulda İyirmiliklərin iş adamlarından ibarәt B-20 qrupu üzvləriylə bir araya gəlib.

153528
B-20-nin ilk toplantısı İstanbulda keçirilib

Baş nazir Əhməd Davudoğlu, İstanbulda İyirmiliklərin iş adamlarından ibarәt B-20 qrupu üzvləriylə bir araya gəlib.
Mətbuata bağlı görüşdә, Baş nazir müavini Əli Babacan, İnkişaf naziri Cevdet Yılmaz və İqtisadiyyat naziri Nihat Zeybekci ilə bərabər, Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri Rifat Hısarcıklıoğlu, Türk Sənayeçiləri və İş adamları Dərnəyinin (TÜSİAD) rəhbəri Haluk Dinçer və Müstəqil Sənayeçilər və İş adamları Dərnəyi (MÜSİAD) sədri Nail Olpakın da olduğu 20-yə yaxın Türk iş adamı iştirak edib.
Qeyd edək ki, B-20-nin ilk toplantısı İstanbulda keçirilib. Dünyanın nəhəng şirkət nümayəndələrinin iştirak etdiyi toplantıda Türkiyəni, iş dünyasının qabaqcıl adları təmsil edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr