Türkiyǝnin Müdafiǝ Sǝnayesi inkişaf etmǝkdǝ davam edir

Türkiyǝnin müdafiǝ sǝnayesi sahǝsindǝ ǝn böyük şirkǝti ASELSAN-ın Orta Şǝrqdǝki “Middle East” adlı fabriki İordaniya kralı İkinci Abdullah tǝrǝfindǝn açılıb.

149827

Fabrik sayǝsindǝ sǝrhǝdlǝrdǝki müdafiǝ sahǝsindǝ gecǝ saatlarında nǝzarǝt etmǝ sistemlǝri artıq İordaniyadan ixrac edilǝcǝk.
Fabrikdǝ sadǝcǝ insanlar üçün yox hǝrbi texnika üçün dǝ gecǝ nǝzarǝt edilmǝsinǝ imkan yaradan sistemlǝr istehsal edilir. İstehsal edilǝn sistemlǝrin satış vǝ tǝslim etmǝ fǝaliyyǝtlǝri dǝ davam edir. Texnikalar ümumilikdǝ İordaniya, Orta Şǝrq vǝ Şimali Afrika ölkǝlǝrinǝ satılır.
İordaniyadakı fabrik ilǝ Orta Şǝrqǝ qapılarını açan ASELSAN, daha sonra Malayziyada fabrik açmağı qarşıya mǝqsǝd qoyub.
Xatırladaq ki, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) qurumu olan ASELSAN 1975-ci ildə fəaliyyətə başlayıb. ASELSAN 2014-cü ildə dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin arasında 67-ci yerdə qərarlaşıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr