TBMM sәdri Çiçek Makedoniyada

Cəmil Çiçək, Makedoniyaya sәfәri çәrçivәsindә әhәmiyyәtli görüşlәr keçirib.

202930
TBMM sәdri Çiçek Makedoniyada

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Makedoniyaya rәsmi sәfәrә gedib.
Makedoniya ziyarətinə Türk Әmәkdaşlıq Vә Koordinasiya Agentliyi tәrәfindәn bərpa edilәn tarixi Mustafa Paşa Məscidini ziyarət edərək başlayan Cәmil Çicәk daha sonra Skopye Türk Bazarını gəzib. Paytaxt skopyedә Makedoniyadakı Türk cəmiyyəti nümayәndәlәri ilә bir araya gəlib. Mәclis sәdri burada etdiyi çıxışında Türkiyənin tarixi və mədəni olaraq məsuliyyət duyduğu cəmiyyətlərə humanitar yardım etməkdә davam etdiyini deyib. Makedoniyanın Türkiyә üçün xüsusi әhәmiyyәtә sahib bir ölkә olduğunu vurğulayıb.
Makedoniya-Türkiyə Ticarət Palatası üzvü iş adamları ilə də görüşәn Cәmil Çiçək, Makedoniyadakı rəsmi səfərindən sonra Albaniyanın paytaxtı Tirana gedәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr