Türkiyәli nazir şəhidlər xiyabanında

Türkiyә nümayәndә heyәti Fəxri Xiyabanda Ümummilli Lider, Heydər Əliyevin xatirəsini yad edib

202579
Türkiyәli nazir şəhidlər xiyabanında

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ömər Çelikin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri noyabrın 23-də Fəxri Xiyabanda Ümummilli Lider, Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə çiçəklər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə çiçəklər qoyulub.
Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən oğullarının və qızlarının xatirəsini yad ediblər.
Nazir Ömər Çelik və nümayəndə heyətinin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək, abidənin önünə çiçəklər düzüblər.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr