"İki qitə bir şəhər, İstanbul"

“İki qitə bir şəhər, İstanbul” adlı inşa müsabiqəsi başa çatıb

188772
"İki qitə bir şəhər, İstanbul"

TRT Xarici Yayınlar dairəsi rəhbərliyinin təşkil etdiyi “İki qitə bir şəhər, İstanbul” adlı inşa müsabiqəsi başa çatıb. Dünyanın dörd bir tərəfindən İstanbulu sevən, yüzlərlə Türkiyənin səsi Radiosunun dinləyiciləri müsabiqəyə böyük maraq göstərib. Münsiflər heyəti tərəfindən Azərbaycan, Bolqarıstan, Çin, İran, İspaniya, Makedoniya, Rusiya və Yunanıstandan 8 nəfər mükafata layiq görülüb. Qaliblər rəhbərlik tərəfindən Türkiyəyə dəvət olunublar. TRT-nin baş direktoru Şenol Göka qonaqları qəbul edərək onları təbrik edib. Qaliblər 5 günlük Türkiyə turuna Ankaradan başlayıblar. Tur çərçivəsində Türkiyənin səsi radiosunun xarici dillər masalarının əməkdaşları ilə bərabər Ankaradan sonra 3 gün ərzində İstanbulun gəzməli-görməli yerləri ilə tanış olacaqlar.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr