Yəməndə yeni kabinet formalaşdırıldı

Türkiyə, Yəməndə yeni hökümәtin formalaşdırılmasını yüksәk qiymәtlәndirib.

185889
Yəməndə yeni kabinet formalaşdırıldı

Türkiyə, Yəməndə Baş nazir Xalid Məhfuz Bahhah başçılığında yeni hökümәtin formalaşdırılmasını yüksәk qiymәtlәndirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında, Yəməndəki bütün tərəflərə qanuni dövlət nüfuzunun ölkə səviyyəsində hökm sürmәsi, sülh, sabitlik və təhlükəsizlik mühitinin bәrpası üçün prezident və yeni hökumətə dəstək verməlәri haqda çağırış edilib.
Açıqlamada Körfəz Əməkdaşlıq Şurası təşəbbüsü çərçivəsində Milli Dialoq Konfransı nəticələrinin tətbiq olunaraq siyasi keçid prosesinin tamamlanması üçün, 21 Sentyabrda imzalanan Sülh və Milli Tərəfdaşlıq müqaviləsinə hər seqmentin riayət etməsinin əhəmiyyəti vurğulanıb.
Türkiyənin, qardaş Yəmən xalqı ilә olan tarixi həmrəyliyi çərçivəsində Yəmənin birlik və bütünlük içində mövcud problemlərin öhdəsindən gәlә bilmәsi üçün yeni Yəmən hökuməti ilә hər cür əməkdaşlığa hazır olduğu vurğulanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr