"Məscidi-i Əqsa bütün insanlığın qürurudur

Baş nazir İstanbulda qatıldığı tәdbirlәrdә Məscidi-Əqsaya edilən hücum ilə Fələstin iddiasına biganә qalınmasını sәrt sözlәrlә tənqid edib.

186175
"Məscidi-i Əqsa bütün insanlığın qürurudur

Baş nazir Əhməd Davudoğlu, dünən İstanbulda, partiyasının Küçükçәkmәcә rayon yığıncağı vә Xarici İqtisadi Əlaqələr heyəti baş Assambleyasına qatılıb.
Baş nazir tәdbirlәrdә etdiyi çıxışda Məscidi-Əqsaya edilən hücum ilə Fələstin iddiasına biganә qalınmasını sәrt sözlәrlә tənqid edib.
Davudoğlu, "Kim nə etsə etsin Məscidi-Əqsanı hər kəs unutsa biz, bu əziz millət və Türkiyə Respublikası dövləti unutmayacaq və dünyanın hər yerində Məscidi-i Əqsanın və Qüdsün sözçüsü olacaq." deyә vurğulayıb.
Məscidi-i Əqsanın bütün müsəlmanların və insanlığın qüruru olduğunu və o qürurun qorunacağını ifadә edәn baş nazir, "Bundan sonra və əbədiyyətə qədər Qəzza və Fələstin, mәhz Məscidi-i Əqsa söz mövzusu olduğunda biz orada olacağıq biz o iddianın müdafiәçisi olmaqda davam edәcәyik " deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr