Çavuşoğlu, Ukraynaya gedəcək

Xarici İşlər naziri, Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şuranın toplantısında iştirak etmək üçün noyabrın 10-da Ukraynaya gedir.

185458
Çavuşoğlu, Ukraynaya gedəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şuranın Ortaq Strateji Planlaşdırma Qrupunun 3-cü toplantısında iştirak etmək üçün noyabrın 10-da Ukraynaya gedir.
Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu və ukraynalı həmkarı Pavlo Klimkinin rəhbərliyi ilə keçiriləcək toplantıda Ukrayna ilə ikitərəfli əlaqələrin bütün aspektlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanları, Krım Tatar Türklərinin vəziyyəti ilə Ukraynanın şərqində son dövrdə yaşanan hadisələr başda olmaqla regional və beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi aparılacaq.
Çavuşoğlunun səfəri çərçivəsində Ukrayna Dövlət Başçısı Petro Poroşenko tərəfindən qəbul edilməsi və Krım Tatar Türkləri liderləri ilə bir araya gəlməsi nəzərdə tutulub.
Bundan başqa Kiyev Milli “Taras Şevçenko” Universitetində "Türk Xarici Siyasəti, Ukrayna böhranı və Türkiyə-Ukrayna əlaqələrinə" dair konfrans keçiriləcək və səfir Ərtoğrul Apakanın icra etdiyi ATƏT-in Xüsusi Müşahidə Missiyasını ziyarət etməsinin nəzərdə tutulduğu bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr