"Xalqa arxalanmayan heç bir hərəkət uğurlu ola bilməz"

"Xalq terrorla mübarizә üçün başladılan həll prosesinin arxasında dayanırsa bu uğurla başa çatar"

182591
"Xalqa arxalanmayan heç bir hərəkət uğurlu ola bilməz"

Әdalət və İnkaşaf partiyasının Diyarbakırdan olan millət vəkili Oya Әronat, xalqa arxalanmayan heç bir hərəkətin uğurlu ola bilməyəcəyini söyləyib. Әronat, "Xalq bu gün terrorla mübarizә üçün başladılan həll prosesinin arxasında dayanırsa bu uğurla başa çatacaq” deyib. Eronat Türkiyənin Səsi Radiosunda qatıldığı "Yeni Gün" proqramında terrorla mübarizә üçün başladılan həll prosesi ilə bağlı açıqlamalar verib. Bu prosesin uğurla nəticələndiyini deyən Eronat, bundan sonrakı yol xəritəsinin müəyyən olduğunu deyib. “Biz 6 maddəlik bir qanun layihəsi ilə məclisdə bunları müzakirə etdik və qəbul edildi. Bundan sonrakı yol xəritəsini hökumət müəyyənləşdirәcәk”. Həll prosesinin davam etdiyini söyləyən Eronat, “Bizim xalqımız prosesi ilk gündən dəstəklədi. Heç kim övladının dağlarda olmasını istəməz. Bu işi sona çatdırmağın zamanıdır artıq” deyə vurğulayıb. Eronat, daxili təhlükəsizlik qanunu ilə əlaqədar olaraq "Biz təhlükəsizlik tədbirlərini gücləndirib, günahsız xalqımızın azad yaşamasını təmin etməliyik” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr