İbrahim Cəfəri, bu gün Ankaraya gələcək

İraq Xarici İşlər naziri İbrahim Cəfəri, bu gün Ankarada görüşlər keçirəcək.

181320
İbrahim Cəfəri, bu gün Ankaraya gələcək

İraq Xarici İşlər naziri İbrahim Cəfəri, bu gün Ankaraya gələcək.
Səfər çərçivəsində İraqın sabitliyi və İŞİD ilə mübarizə əsas müzakirə mövzusu olacaq.
Mövlud Çavuşoğlunun dəvəti ilə Ankaraya gələn İraq Xarici İşlər naziri iki gün görüşlər keçirəcək.
Xarici İşlər Nazirliyi Türkiyənin İraqın terrorla mübarizəsinə, demokratiya mədəniyyətini inkişaf etdirməsinə, ölkənin bölgədə layiq mövqeyi yenidən qazanmasına və İraq xalqının dincliyǝ qovuşmasına verdiyi dəstəyi xüsusi qeyd edib.
İraq Xarici İşlər naziri Cəfərinin ziyarətinin də bu dəstəyin ən açıq göstəricisi olacağı vurğulanıb.
Xarici İşlər naziri Çavuşoğlu ilə görüşəcək Cəfərinin, prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və Baş nazir Əhməd Davudoğlu tərəfindən də qəbul edilməsi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr