Çavuşoğlu Afrikalı səfirlərlə görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrika ölkələrinin səfirləri ilə görüşüb.

181506
Çavuşoğlu Afrikalı səfirlərlə görüşüb

Çavuşoğlu Afrikalı səfirlərlə görüşüb.
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrika ölkələrinin səfirləri ilə görüşüb.
Çavuşoğlu 2-ci Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsinin qarşılıqlı əlaqələrə yeni bir mərhələ açacağına diqqət çəkib.
Görüş əsnasında, Türkiyə-Afrika tǝrǝfdaşlığının 2015-2018 illərində həyata keçirilməsi üçün ortaq bir bəyannamə və hərəkət planının qəbul ediləcəyini ifadə edən Çavuşoğlu, birgə fəaliyyət planının kənd təsərrüfatı, təhsil, səhiyyə, ticarət və investisiya, enerji, sülh və təhlükəsizlik sahələri başda olmaqla bir sıra məsələləri Әhatǝ edǝcǝyini vurğulayıb.
Xarici İşlər naziri Çavuşoğlu, Afrika ilə əlaqələr və müəssisələrin inkişaf etdirilməsinin Türkiyənin xarici siyasətlərindən biri olduğunu ifadə edib.
Çavuşoğlu, Türkiyənin, Afrikadakı qarşıdurma və münaqişələrin sülh yolu ilə həll edilməsinə töhfə vermək üçün diplomatik yolla üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Çıxışında ticarətə də toxunan Mövlud Çavuşoğlu, "Məqsədimiz ticarət həcmini 2018-ci ilə qədər 50 milyard dollara çatdırmaqdır” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr