Respublika günü ilә bağlı rәsmi qәbul tәxirә salınıb

Türkiyә hökümәti, mәdәndә baş vermiş faciә ilә әlaqәdar respublika günü ilә bağlı qәbulu tәxirә salıb.

173601
Respublika günü ilә bağlı  rәsmi qәbul tәxirә salınıb

Karamanda baş verən və 18 şaxtaçının mədəndə qaldığı qəza ilə bağlı Respublika Bayramı münasibətilə keçiriləcək rəsmi qəbul təxirə salınıb. Prezident Rəcəb Tayyip Ərdoğan bu gün qəza baş verən şəhərə gedəcəyini bildirib. Mədəndə dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır. Suyun mədəndən kənara vurulması iki günə yaxın davam edə bilər. Mədənə dalğıcların göndərilməsi planlaşdırılır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr