"Prosesi pozmaq istəyən bu prosesin altında qalar"

Baş nazirin müavini Yalçın Akdoğan, Kobanini bəhanə gətirərək edilən hərəkətlərlə həll prosesinə əngəl törədilmək istəndiyini ifadə edib.

161269
"Prosesi pozmaq istəyən bu prosesin altında qalar"

Baş nazirin müavini Yalçın Akdoğan AKP-nin Keçiören rayonu rəhbərliyi Məşvərət Məclisinin yığıncağında Kobanini bəhanə gətirərək edilən hərəkətlərlə həll prosesinə əngəl törədilmək istəndiyini ifadə edib.
Bu məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayan Akdoğan "Bu prosesi pozmaq istəyən bu prosesin altında qalar" deyib. Prosesin prioritetli maddəsinin gərginliyə son qoymaq olduğunu ifadə edən Yalçın Akdoğan əsla güzəştə getməyəcəklərini açıqlayıb.
Kobanidəki qarşıdurmalarda beynəlxalq cəmiyyəti də tənqid edən Akdoğan "Siz danışarkən əlini daşın altına qoyan Türkiyədir" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr