"Hǝll prosesi Türkiyǝnin ǝn önǝmli layihǝsidir"

Baş nazir, terrorun başa çatması üçün davam etdirilǝn proseslǝ bağlı hǝyata keçirilǝnlǝri dǝyǝrlǝndirib.

161249
"Hǝll prosesi Türkiyǝnin ǝn önǝmli layihǝsidir"

“Terrorun başa çatdırılmasına dair hǝll prosesi Türkiyǝnin ǝn önǝmli layihǝsidir.”
Bunu Baş nazir Әhmǝd Davudoğlu, dünǝn özǝl televiziya kanallarından birindǝ qatıldığı proqramda gümdǝmǝ dair suallara cavabında deyib.
Terrorun başa çatması üçün davam etdirilǝn proseslǝ bağlı hǝyata keçirilǝnlǝri dǝyǝrlǝndirǝn Baş nazir deyib ki, bu layihǝ Türkiyǝnin ǝn önǝmli layihǝlǝrindǝn biridir. Orta Şǝrqdǝ hökm sürǝn böhran içǝrisindǝki yeganǝ nailiyyǝtli layihǝ budur. Proses tamamilǝ yerli, tamamilǝ bu xalqın gücü ilǝ ortaya çıxmış vǝ hökumǝt dǝ xalqın gücü ilǝ bu layihǝni hǝyata keçirmǝk üçün sǝy göstǝrmişdir.
“Türkiyǝdǝ ǝsrlǝrdir insanlar bir arada yaşayır. Çox güclü bir tariximiz var. Ortaya çıxan bǝzi ziddiyǝtlǝri ortadan qaldırmaq üçün hazırlanan hǝll yolu prosesinin uğurlu şǝkildǝ hǝyata keçirilmǝsi üçün fǝaliyyǝtlǝrimizi davam etdiririk.” deyǝ Baş nazir Әhmǝd Davudoğlu vurğulayıb.
Davudoğlu, layihǝni ilk planda Kürd vǝtǝndaşlara ǝmanǝt etdiklǝrini dilǝ gǝtirǝrǝk, prosesǝ onlar sahib olsunlar, biz bu yola hǝr nǝticǝni nǝzǝrǝ alaraq girmişik.
Baş nazir, Suriyadakı hadisǝlǝrlǝ bağlı olaraq da deyib ki, problem Kobani ilǝ mǝhdud deyil, problemin hǝlli üçün ǝhatǝli bir plan hazırlanmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr