"Mǝzlumlara qapılarımızı açmağa davam edǝcǝyik"

Baş nazir Әhmǝd Davudoğlu, Yunus Әmrǝ İnstitutunun tǝşkil etdiyi “Yaşayan Qǝzza” proqramına qatılıb.

160721
"Mǝzlumlara qapılarımızı açmağa davam edǝcǝyik"

Baş nazir Әhmǝd Davudoğlu, Yunus Әmrǝ İnstitutunun tǝşkil etdiyi “Yaşayan Qǝzza” proqramına qatılıb.
Tǝdbir İsrailin hücumundan sonra Qǝzzada çǝkilǝn şǝkillǝrin nümayişi ilǝ başlayıb. Daha sonra isǝ şair Cahid Koytak, Qǝzza üçün yazdığı şerlǝrini bir araya gǝtirdiyi Qǝzza Risalǝsi adlı ǝsǝrini sǝslǝndirib.
Baş nazir Әhmǝd Davudoğlu da tǝdbirdǝ etdiyi çıxışda deyib ki, bir daha Qǝzzada belǝ fǝlakǝtlǝr yaşanmaması üçün heç kǝs danışmasa da biz Fǝlǝstinin adını sǝslǝndirǝcǝyik.
Baş nazir Davudoğlu, Türkiyǝyǝ sığınan suriyalılar mǝsǝlǝsinǝ dǝ toxunaraq bildirib ki, dünyada nǝ qǝdǝr mǝzlum varsa, Suriyada sığınacaq qardaşımız varsa qapımız hǝr zaman onlar üçün açıq olacaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr