Türkiyә, Osmanlı abidәlәrinә hücumları qınayıb

Türkiyə, Osmanlı abidәlәrinin hәdәf götürüldüyü hücumları qınayıb.

154535
Türkiyә, Osmanlı  abidәlәrinә hücumları qınayıb

Türkiyə, Liviyada Osmanlı abidәlәrinin hәdәf götürüldüyü hücumları qınayıb.
Xarici işlər nazirliyindən verilәn açıqlamada, daha əvvəl Tripolidә Qaramanlı Əhməd Paşa Məscidinə, sonra isә Turqut Rəis Türbəsi ilə Osman Paşa Mədrəsəsinə edilən hücumların tәәssüflә qarşılandığı xatırladılıb vә hücumlardan sonra Liviya orqanları nəzdindә cәhdlәrin başladıldığı qeyd edilib. Açıqlamada bildirilib ki, “Türk və Liviya xalqları arasındakı tarixi dostluq və qardaşlıq әlaqәlәrin olduğunu göstәrәn bu müqəddəs məkanlara edilən hücumları qınayırıq. Qardaş Liviya xalqı ilə ortaq mədəni mirasımızı təşkil edən bu tarixi abidәlәrin qorunması üçün lazımlı tədbirlərin dәrhal hәyata keçirilmәsinin tәmini mәqsәdiylә Liviya orqanları nəzdindəki təşəbbüslərimiz davam edir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr