Çavuşoğlu New Yorkda ...

XİN Çavuşoğlu: “1915-ci il hadisələri daxili siyasət hesablari və səs qazanma axtarışları ilə sui-istifadə edilir”.

153584
Çavuşoğlu New Yorkda ...

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyənin 2015-2016 BMT Təhlükəsizlik Şurası namizədliyi mövzusunda danışıqlar aparmaq üçün getdiyi New Yorkda
Şimali Amerika səfirləri yığıncağına başçılıq edib vә ABŞ-dakı Türk cəmiyyəti nümayəndələri ilə bir araya gəlib.
Mevlüt Çavuşoğlu yığıncaqda 1915 hadisələrinin 100-cü il dönümü səbəbiylə erməni diasporunun fәaliyyәtlәrinә toxunub. Rәsmi Ankaranın mövzuya yanaşmasını bir daha vurğulayaraq 3-cü ölkələrin mәsәlә ilә bağlı mövqeyini tənqid edib. təəssüf ki, 1915-ci il hadisələri daxili siyasət hesablari və səs qazanma axtarışları ilə sui-istifadə edildiyini qeyd edib.
Xaricdə yaşayan Türk cәmiyyәti arasında hәmrәyyliyin hökm sürmәsinin əhəmiyyətinə də diqqət çəkәn Mevlüt Çavuşoğlu, Şimali Amerika səfirləri konfransında, aparılan işlər haqqında da məlumat alıb.
Yığıncaqda, xüsusilə vətəndaşlarımıza xidmət edәn Baş konsulluqlarımız tәrәfindәn çatdırılan xidmәtin keyfiyyətinin artırılması istiqamətində atılası addımlar, mədəniyyət və tәqdimat fəaliyyətləri, ticarət əlaqələrinin inkişafı, әyalәt vә mәhәlli idarәlәr ilә münasibәtlәr qiymәtlәndirildi deyәn xariciişlәr naziri Çavuşoğlu, sәfәri çәrçivәsindә Türkiyənin BMT Təhlükəsizlik Şurası üzvlüyünə namizədliyi və bölgədə cәrәyan edәn proseslәrlә bağlı danışıqlar aparacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr