Әrdoğanın tәbrik mesajı

Liderlәr İslam alәminin müqәddәs qurban bayramını tәbrik ediblәr.

149018
Әrdoğanın  tәbrik mesajı


Prezident Recep Tayyip Erdoğan, Kurban Bayramı münasibәti ilә yayımladığı tәbrik mesajında, bölgede baş verәn qarşıdurmalara dikkat çәkәrәk "Yaxın coğrafiyamızda qan axarkən, qardaşlarımız zülmün pәnçәsindә yaşarkәn, yoxsulluq ən ağır şəkildə hökm sürərkən, Qurban Bayramının idrakı işıqlandırması, könülləri yumşaltması, insanlığa vicdanı və mərhəməti xatırlatması ən böyük arzumuzdur. Mübarək Qurban Bayramınızı təbrik edir; bayramın, ölkəmiz başda olmaqla, bütün İslam aləmi və insanlıq üçün xeyrlərə vəsilə olmasını Allahdan niyaz edirəm" deyib.
Türkiyә Böyük Millәt Mәclisi sәdri Cəmil Çiçək də, "Hər zaman etdiyimiz kimi, bu bayramda da, ölkəmizə sığınan İraqlı və Suriyalı qardaşlarımızı unutmamalıyıq. Bu bayramı da onların mәruz yaşadıqları problemlәr səbəbiylə, ürәk ağrısı ilә qeyd edəcəyik" deyә vurğulayıb. Bayram səbəbiylə yola çıxan sürücülərdən də diqqətli və səbirli olmalarını istәyib.

Baş nazir Əhməd Davudoğlu da, Qurban bayramı mesajında, sərhəd mәntәqәsindә cәrәyan edәn proseslәrә işarә edәrәk, sevinc və xoşbəxtlik günü olan bayramın üzüntü ilә qarşılandığını qeyd edib.  


Etiketlәr:

Әlaqәli Xәbәrlәr