Әrdoğan, iki önǝmli görüş keçirib

Dövlǝt başçısı Rǝcǝb Tayib Әrdoğan, Nyu Yorka sǝfǝrinin son günündǝ iki önǝmli görüş keçirib.

139696
Әrdoğan, iki önǝmli görüş keçirib

Dövlǝt başçısı Rǝcǝb Tayib Әrdoğan, Nyu Yorka sǝfǝrinin son günündǝ iki önǝmli görüş keçirib.
Әrdoğan, ilk olaraq ABŞ prezidenti Barak Obama ilǝ telefonla danışıb.
Obamanın telefon etmǝsilǝ reallaşan danışıqda İŞİD tǝşkilatı, Suriya vǝ regional mövzular müzakirǝ edilib.
İki lider, İŞİD daxil olmaqla bölgǝdǝki terror tǝşkilatları ilǝ mübarizǝ vǝ Suriya mǝsǝlǝsi kimi mövzularda iki ölkǝnin ortaq strategiya ilǝ çalışmağa davam edǝcǝklǝrini vurğulayıb.
Әrdoğan vǝ Obama, qarşıdakı prosesdǝ dǝ ǝmǝkdaşlığın davam etdirilmǝsi mövzusunda razılıq ǝldǝ edib.
Dövlǝt başçısı Әrdoğan, daha sonra ABŞ viste-prezidenti Co Baydenı qǝbul edib.
Әrdoğan vǝ Bayden İraq vǝ Suriyadakı son proses başda olmaqla regional mövzulara dair fikir mübadilǝsi ediblǝr.
Görüşdǝ, İraqda sabitliyin yaranmasını hǝdǝfǝ alan fǝaliyyǝtlǝr müzakirǝ edilǝrǝk bu fǝaliyyǝtlǝrǝ, iki ölkǝnin birgǝ dǝstǝyinin olmasının vacibliyi vurğulanıb.
Suriyada yeni qayda-qanunun tǝmin edilmǝsi mǝsǝlǝsi dǝ gündǝmǝ salınıb, ayrıca bölgǝdǝ artan mühacir probleminǝ hǝll yolu tapılması mǝqsǝdilǝ ortaq fǝaliyyǝtlǝrin daşıdığı ǝhǝmiyyǝt dǝ dilǝ gǝtirilib.
Digǝr tǝrǝfdǝn Dövlǝt başçısı Әrdoğan, ABŞ Ticarǝt Palatası ilǝ Türk Әmǝkdaşlıq vǝ Tǝrǝqqi İdarǝsi Sǝdrliyi TİKA-nın tǝşkil etdiyi toplantıya da qatılıb.
Türk vǝ amerikalı iş adamlarının bir araya gǝldiyi toplantıda, iki ölkǝ arasındakı ticarǝt ǝlaqǝlǝrindǝn danışılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr