Әrdoğan, dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrilǝ görüşlǝr keçirib

BMT Baş Assambleyasının iclaslarına qatılmaq mǝqsǝdiylǝ Nyu Yorqda olan Әrdoğan,ötǝn gün dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrilǝ ikitǝrǝfli görüşlǝr keçirib.

136062
Әrdoğan, dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrilǝ görüşlǝr keçirib

BMT Baş Assambleyasının iclaslarına qatılmaq mǝqsǝdiylǝ Nyu Yorqda olan Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan,ötǝn gün dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrilǝ ikitǝrǝfli görüşlǝr keçirib.
İlk olaraq İtaliya Baş naziri Mateo Renzilǝ bir araya gǝlǝn Әrdoğan, Türkiyǝnin Avropa İttifaqına tamhüquqlu üzv olma prosesinǝ, bu ölkǝnin verdiyi dǝstǝyǝ görǝ tǝşǝkkür edib.
Renzi isǝ Türkiyǝnin üzvlüyünün Avropa İttifaqını daha da güclǝndirǝcǝyini vurğulayıb.
İraq, Suriya vǝ Liviyadakı son vǝziyyǝtin dǝ dǝyǝrlǝndirildiyi görüşdǝ, iki ölkǝ arasındakı müdafiǝ sǝnayesi sahǝsindǝki ǝmǝkdaşlıq mövzuları da müzakirǝ edilib.
Dövlǝt başçısı Әrdoğan, İran prezidenti Hǝsǝn Ruhani ilǝ dǝ bir araya gǝlib.
Görüşdǝ, iki liderin regional mövzularda daha güclü ǝmǝkdaşlıq edilmǝsinǝ dair razılıq ǝldǝ etdiklǝri bildirilib. Әrdoğan, Türkiyǝnin BMT Tǝhlükǝsizlik Şurasına namizǝdliyinǝ verdiyi dǝstǝyǝ görǝ bu ölkǝyǝ tǝşǝkkür edib.
Ruhani dǝ Әrdoğanı Tehrana dǝvǝt edib.
Dövlǝt başçısı, İraq prezidenti Fuat Mǝsum ilǝ keçirdiyi görüşdǝ dǝ, Bağdadda qurulan yeni hökumǝt üçün uğurlar arzulayıb vǝ Türkiyǝ olaraq İraqın birlik vǝ bǝrabǝrliyinǝ üstünlük verdiklǝrini vurğulayıb.
Terrora qarşı ortaq mübarizǝnin daşıdığı ǝhǝmiyyǝtǝ işarǝ edilǝn görüşdǝ, iqtisadi ǝlǝqalǝrin inkişaf etdirilmǝsi mǝsǝlǝsi dǝ müzakirǝ edilib.
Әrdoğan, Fǝlǝstin Dövlǝt rǝhbǝri Mahmud Abbasla keçirdiyi görüşdǝ dǝ Qǝzzadakı atǝşkǝsin daimi hala gǝtirilmǝsinin daşıdığı ǝhǝmiyyǝti dilǝ gǝtirib.
Әrdoğanın Türkiyǝ olaraq bundan sonrakı prosesdǝ dǝ fǝlǝstinlilǝrǝ dǝstǝk olmağı davam etdirǝcǝklǝrini ifadǝ etdiyi bildirilib.
Әrdoğan, Sloveniya prezidenti Borut Pahor, Rumıniya Baş naziri Viktor Ponta, Gürcüstan Baş naziri İraqlı Qaribaşvili vǝ Qrenada Baş naziri ilǝ dǝ görüşüb.
Dövlǝt başçısı, BMT-nin iqlim zirvǝsinin “Әmǝliyyat üçün İqtisadi Vǝziyyǝt” mövzulu iclasına da qatılıb.
Әrdoğan Türkiyǝnin iqlim dǝyişikliyi sahǝsindǝ atılacaq hǝr addımda üzǝrinǝ düşǝni yerinǝ yetirmǝyǝ hazır olduğunu açıqlayıb.
Әrdoğan, ABŞ prezidenti Obama tǝrǝfindǝn qonaq heyǝtlǝrin rǝhbǝrlǝri vǝ yoldaşlarının şǝrǝfinǝ verilǝn ziyafǝtǝ dǝ qatılıb.
Günün sonunda isǝ BMT Baş katibi çalışma yemǝyi verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr